Məktəbə qoyulmayan qız sabahdan dərsə gedəcək – RƏSMİbackend

Məktəbə qoyulmayan qız sabahdan dərsə gedəcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, DİN-nin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Oxu.Az-a açıqlamasında bildirib ki, artıq məsələ barədə polis əməkdaşları tərəfindən araşdırılma aparılıb:

“Ailənin yaşadığı ünvan və onların şəxsiyyətləri müəyyənləşdirilib. Xaşaxuna qəsəbəsində yaşayan VII sinif şagirdi İ.M-nın valideynləri və təhsil aldığı 216 nömrəli tam orta məktəbin rəhbərliyi Xəzər Rayon Polis İdarəsinə dəvət olunublar.

Orada valideynlərlə müvafiq söhbət aparılıb. Qızın atası Nuhu Manafov uşağın dərsə getməməsini Suraxanı rayonunda yaşayan xəstə nənəsinə qulluq etməsi və yolun uzaq olması ilə izah edib.

Valideynlərə uşağın təhsildən yayındırılmasının yolverilməz olduğu deyilib və mütləq şəkildə təhsilinin davam etdirilməsi tələb olunub”.

Orxan Mansurzadə qeyd edib ki, sabahdan VII sinif şagirdinin təhsilə davamiyyəti bərpa olunacaq.

Interpress.Az