Strasburqda terror aktı törədən şəxs öldürüldü – FOTObackend

Strasburqda terror aktı törədən şəxs öldürüldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şerif Şekatt adlı şəxs dünən Fransa polisi tərəfindən Strasburqun Noydorf bölgəsində Lazaret küçəsində zərərsizləşdirilib.

Məlumatlara görə, aparılan əməliyyat zamanı o, polisə atəş açdıqdan sonra cavab atəşi ilə öldürülüb.

Bildirilir ki, 29 yaşlı Şekatt Fransa, Almaniya və İsveçrədə 27 dəfə məhkumluq həyatı yaşayıb.

BFM telekanalı isə Şekattın İŞİD terrorçusu olduğunu qeyd edib. Həmçinin bildirilir ki, o, “Suriyada öldürülən qardaşlarının qisasını almaq üçün” bu addımı atıb.

Xatırladaq ki, Strasburqda baş vermiş terror aktı zamanı üç nəfər ölüb, 13 nəfər yaralanıb.

Interpress.az (oxu)