DİN: Ötən gün 99 cinayət faktı qeydə alınıbbackend

DİN: Ötən gün 99 cinayət faktı qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az DİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 99 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Interpress.az