Bakı Metropoliteni yarmarka təşkil edirbackend

Bakı Metropoliteni yarmarka təşkil edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 18-i səhər saat 10:00-dan axşam saat 19:00-a qədər “İçərişəhər” stansiyasında keçiriləcək yarmarkada gənc istedadların əl işlərinin satışını təşkil etmək üçün şərait yaradılacaq.

“Əl işləri yarmarkası” adlandırılan, sırf sosial yönümlü aksiya təmənnasız təşkil edilir. Əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməsinə dəstək olaraq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır.

“Bakı Metropoliteni” QSC sərnişinlərini gənc istedadlara dəstək olmağa dəvət edir.

Interpress.az (Trend)