Azərbaycanda kassa aparatları dəyişdiriləcəkbackend

Azərbaycanda kassa aparatları dəyişdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bu səbəbdən bütün xidmət və ticarət sektorunda yeni kassalar tətbiq ediləcək.

Bununla bağlı yeni Vergi Məcəlləsinin tələbi aşağıdakı kimidir:

16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək.

Kassaların dəyişdirilməsi prosesi gələn ilin əvvəlindən başlayacaq və müəyyən qədər vaxt aparacaq.

Aparatların dəyişdirilməsi nəticəsində həyata keçirilən bütün əməliyyatlar onlayn rejimdə sistemdə öz əksini tapacaq və nəticədə “kölgə dövriyyəsi” şəffaflaşacaq. Kassa aparatının söndürülməsi isə artıq ona nəzarətin gücləndirilməsini tələb edəcək və bu zaman xronometraj vergi yoxlaması təyin edilə bilər.

Ümumiyyətlə, kassaya çek vurmamaq sahibkara çox baha başa gələcək. Vergi üzrə ekspert Anar Səttarovun Oxu.Az-a verdiyi məlumata görə, sahibkar satdığı məhsulun ödənişini kassaya vurmadıqda birinci dəfə 1000 manat, ikinci dəfə 3000, üçüncü dəfə 6000 məbləğində cərimə ediləcək.

“Bu isə o deməkdir ki, sahibkar ən azı 50 min manatı kassaya vurmamalıdır ki, həmin 1000 manatı bağlaya bilsin. Ona görə də yeni məcəllə ilk növbədə şəffaf işləməyi, düzgün uçot aparmağı tələb edir. Sahibkarlar öz gəlir və xərclərini düzgün göstərsələr, bu halda vergi yükləri azalacaq, əks halda, ciddi cərimə sanksiyaları ilə üzləşə bilərlər”.

Interpress.az