Sosial şəbəkədə hədə-qorxu ilə  tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıbbackend

Sosial şəbəkədə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az DİN Mətbuat Xidmətinə istinadən məlumatına görə

Sosial şəbəkədə başqasının adına saxta profil açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.
Gəncə ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinə müraciət edən şəhər sakini olan qadın “İnstagram” sosial şəbəkəsində naməlum şəxsin onun adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onu təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün 100 manat tələb etdiyini bildirib.
​Polis əməkdaşları tərəfindən dərhal müvafiq araşdırma aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Goranboy rayon sakini Emin Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.
​Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma davam etdirilir.

Interpress.az