Bakıda yeraltı keçiddə qadının 262 manat pulunu alaraq qaçan şəxsin cinayət işi məhkəməyə göndərilibbackend

Bakıda yeraltı keçiddə qadının 262 manat pulunu alaraq qaçan şəxsin cinayət işi məhkəməyə göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

M.Məhərrəmzadənin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hüseyn Səfərovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 26-na təyin edilib.

Qeyd edək ki, bu il oktyabr ayında Bakının Şıxəli Qurbanov küçəsi 1 ünvanındakı yeraltı piyada keçidində naməlum şəxs 1979-cu il təvəllüdlü Samirə Abasovaya hücum edib.

Belə ki, qadın keçiddəki ödəmə aparatı vasitəsi ilə ödəniş etmək istəyərkən gənc oğlan ona hücum edərək əlindəki 262 manat pulu alaraq qaçıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 26 yaşlı M.Məhərrəmzadə saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddələri ilə ittiham irəli sürülüb.

Interpress.az