DSX rəisi: İl ərzində sərhəd pozucuları Azərbaycanın sərhəd naryadlarına qarşı 3 dəfə silahlı müqavimət göstəribbackend

DSX rəisi: İl ərzində sərhəd pozucuları Azərbaycanın sərhəd naryadlarına qarşı 3 dəfə silahlı müqavimət göstərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.

E.Quliyev qeyd edib ki, o cümlədən, iyun ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göy­təpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qar­şısı alınarkən silahlı sərhəd pozucuları ilə atış­mada çoxsaylı güllə yaraları almış çavuş Ramazan Kurupovun həyatı təcili tibbi müdaxilə sayəsində xilas edilib, əməliyyat-axtarış və qoşun təd­birləri nəti­cəsində noyabrın 29-da dövlət sər­hədinin pozulmasının qarşısı alı­narkən baş vermiş atışma zamanı sərhədçilər tə­rəfindən şəxsi şücaət nümayiş etdi­rilib, çavuş R.Kurupov atəş açmış sər­həd po­zucusu ayağından güllə ya­rası almaqla saxlanılıb.

Interpress.az