Elçin Quliyev: “Bu il xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər müəyyənləşdirilib”backend

Elçin Quliyev: “Bu il xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər müəyyənləşdirilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.

O bildirib ki, xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxla­nılıb, qanunsuz miq­rasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərər­sizləşdirilib.

Dövlət sərhədini pozduqlarına görə 574 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, axtarışda olan 5561 nəfər saxlanılıb. 38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alın­ıb.

Interpress.az