Aleksandr Lukaşenko: “Ermənistan KTMT üzvlərinə güzəştə getməlidir”backend

Aleksandr Lukaşenko: “Ermənistan KTMT üzvlərinə güzəştə getməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”KTMT baş katibini seçə bilməməyimiz rüsvayçılıqdır. Ümumiyyətlə, Ermənistan rəhbərliyi KTMT-nin digər ölkələrinə güzəştə getməlidir. Çünki məhz onlar təşkilatı daxili siyasi problemlərinə bulaşdırıb\”, – A.Lukaşenko Minskdə Rusiya KİV-i üçün keçirdiyi mətbuat konfransında deyib.

Belarus Prezidenti namizəd kimi irəli sürülən Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasa KTMT ölkələrinin hər birinə, o cümlədən Ermənistana səfər etməyi təklif etdiyini xatırladıb.

\”Onun namizədliyi ilə razılaşmaya, öz prinsiplərinizə sadiq qala bilərsiniz. Amma onunla danışın. Bəlkə, o, sizin üçün hər hansı bir ermənidən daha yaxşıdır. Belaruslardan niyə axı qorxursunuz?!\”, – A.Lukaşenko fikrini yekunlaşdırıb.(Report)

Interpress.az