Azərbaycanda dopler radar müşahidə sistemi tətbiq olunacaqbackend

Azərbaycanda dopler radar müşahidə sistemi tətbiq olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, dopler radar sistemi dünyada geniş istifadə olunur.
Bu sistem qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək. Təxminən beş saat öncədən dəqiqliklə deyə biləcəyik ki, şəhərin hansısa bir hissəsində yağış müşahidə olunacaq, ya yox. Bu günə kimi bu dəqiqliyi demək çətin idi. Çünki bizdə mövcud olan cihazlar bu dəqiqliyi deməyə imkan vermirdi. Sistemin gələn il ölkəyə gətirilməsi proqnazlaşdırılır”.

Umayra Tağıyeva qeyd edib ki, dopler radar müşahidə sistemi kifayət qədər bahalı sistemlərdir:

“Çalışmalıyıq ki, sistemlər bütün ölkəni əhatə etsin. Bu sistemin əhatə radiusu 200 kilometri əhatə edir. Ən azı üç radarın Azərbaycanda fəaliyyət göstərməsi vacibdir. Mütəxəssislər tərəfindən sistemin harada yerləşdirilməsi barədə yerlər müəyyən ediləcək. Gələcəkdə də bu iş mərhələli şəkildə davam etdiriləcək”.

Interpress.az