Evli ola-ola başqa kişidən uşaq dünyaya gətirən xanım ekspertləri özündən çıxardı – VİDEObackend

Evli ola-ola başqa kişidən uşaq dünyaya gətirən xanım ekspertləri özündən çıxardı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, Şəfəq adlı əkiz uşaq anası \”BizimləSən\”ə övladlarının müalicəsi üçün müraciət edib. Həyat hekayəsindən bəhs edən qadın studiyadakı ekspertləri hiddətləndirib.

Məlum olub ki, Şəfəq həyat yoldaşından ayrıldıqdan sonra başqa bir kişi ilə internetdə tanış olub. Rəsmi nikahı pozulmadığı halda yeni tanış şəxslə birgə yaşayıb və ondan əkiz uşaq dünyaya gətirib. Sonradan isə həmin şəxs onu və uşaqlarını qəbul etməyib. Hazırda sığınacaqda yaşayan Şəfəq ailəsi tərəfindən də rədd edildiyini qeyd edib.

Interpress.az