Şahin Mustafayev: “Rusiya ilə qarşılıqlı faydalı münasibətlərimiz var”backend

Şahin Mustafayev: “Rusiya ilə qarşılıqlı faydalı münasibətlərimiz var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Moskvada keçirilən iki ölkənin hökumətlərarası komissiyasının açıq iclasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşünün yekunlarını şərh edən Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

“Aramızda dar tərkibdə çox ətraflı müzakirələr oldu. Bir sıra istiqamətlərdə 2018-ci ilin, həqiqətən, uğurlu olduğunu demək istərdim. Həm ticarətdə, həm sərmayələrdə, həm də başqa sahələrdə əməkdaşlıqla bağlı xarici iqtisadi əlaqələrimiz müsbət məcrada inkişaf edir. 2019-cu ildə də həmkarlarımızla əməkdaşlıq edəcəyimiz bir çox istiqamət də var. İndi nəzərdə tutduğumuz planlar həyata keçirilsə, münasibətlərimiz yeni müstəviyə qədəm qoyacaq”, – rusiyalı nazir qeyd edib və ticarət, nəqliyyat, maliyyə kimi, başlıca sahələrə dair əməkdaşlıqda çox mühüm bünövrələr qoyulduğunu diqqətə çatdırıb.

Ş.Mustafayev isə bu ilin sentyabr ayında Azərbaycan və Rusiya prezidentləri – İlham Əliyev və Vladimir Putin arasındakı görüşün, iki ölkə arasında imzalanan 20 sənədin iqtisadi münasibətlərin inkişafına mühüm təkan verdiyini vurğulayıb.

“Bəli, bütün istiqamətlər üzrə dinamik inkişaf var. Həm 2017-ci ildə, həm də 2018-ci ilin 9 ayı ərzində ticarət dövriyyəsinin artması statistika rəqəmlərlə təsdiqlənir. Təkcə 2017-ci ildə artım 30,6% olub. Bu dinamika həm idxalda, həm də ixracda var, yəni əlaqələrimiz qarşılıqlı faydalıdır”, – deyə azərbaycanlı nazir qeyd edib.

İclasın yekununda iki ölkənin nazirləri memorandum imzalayıblar. (Report)

Interpress.az