Bakı Beynəlxalq Avtovağzal Kompleksi sabahdan gücləndirilmiş iş rejiminə keçirbackend

Bakı Beynəlxalq Avtovağzal Kompleksi sabahdan gücləndirilmiş iş rejiminə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bu barədə BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məmumat verib.

Onun sözlərinə görə, həmin günlərdə yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, 200-dən çox ehtiyat avtobus ayrılıb. Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur:

\”Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 9 min sərnişin avtovağzaldan yola salınır. Sərnişinlər biletləri BBAK-ın kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından daha öncədən əldə edə bilərlər. Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək. Sərnişinlərin rahat və təhlükəsiz şəkildə səfərini təmin etmək məqsədilə BBAK-ın mühafizə xidməti və texniki heyəti yarana biləcək problemləri dərhal həll edə bilmək üçün növbəli iş rejimində çalışacaq. Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər\”, – deyə o, qeyd edib.

Interpress.az