Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunda yarımfinalçılar müəyyənləşibbackend

Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunda yarımfinalçılar müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, “A” qrupunda “Murad” komandası “Sərhədçi”ni 6:0 hesabı ilə məğlub edib. “Buta Golden” kollektivi isə “Ağstafa”dan üstün olub – 5:2. “B” qrupundan “Omar” “Köhlən”ə 11:1 hesabı ilə qalib gəlib. “Polad” isə “Qarabağ”dan güclü olub – 2:0.

Dekabr 22-də yarımfinalda “A” qrupunun qalibi olan “Sərhədçi” “B” qrupunun ikincisi “Polad”la qarşılaşacaq. “B” qrupunda birinci yeri tutan “Omar” isə “A” qrupdan “Buta Golden”lə üz-üzə gələcək.

Qeyd edək ki, üçüncü yer və final oyunları isə dekabrın 23-də keçiriləcək.

Interpress.az