Ali Məhkəmə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin işini apellyasiya məhkəməsinə göndəribbackend

Ali Məhkəmə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin işini apellyasiya məhkəməsinə göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbərinə görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, hökm qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, Mahir Musayev və Şükür Babayev Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndiriliblər. Onlar 2016-cı ildə həbs edilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Musayev 15 il, Ş.Babayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə onların apellyasiya şikayətini təmin etməyib. Daha sonra M.Musayev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Interpress.az