“Arsenal” “Qarabağ”la oyundakı insidentə görə təhlükəsizlik tədbirlərini gücləndirəcəkbackend

“Arsenal” “Qarabağ”la oyundakı insidentə görə təhlükəsizlik tədbirlərini gücləndirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bu barədə klubdan “Sky Sport”a bildirilib.

London təmsilçisi dekabrın 13-də baş verən insidentin fonunda təhlükəsizlik məsələsinə təkrar baxacaq: “Emireyts” stadionunda təhlükəsizlik tədbirləri davamlı gözdən keçirilir. Cümə axşamı baş verən insidentin fonunda kənar şəxslərin meydançaya girməsinin qarşısını almaq üçün daha nələr etməyin mümkünlüyünə baxacağıq. Bizim arenada bu cür hadisələr nadir hallarda baş verir. Çünki təlim keçmiş stüardlarımız bu cür cəhdlərə nəzarət edirlər”.

Qeyd edək ki, UEFA “Arsenal”ın 1:0 hesabı ilə qalib gəldiyi matçın 90+3-cü dəqiqəsində erməni azarkeşin \”Dağlıq Qarabağ\”dakı separatçı rejimin bayrağı ilə meydana daxil olmasına görə intizam işi açıb.

Interpress.az