DİN: Ötən gün 126 cinayət faktı qeydə alınıbbackend

DİN: Ötən gün 126 cinayət faktı qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 46 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə, 45 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb. (report)

Interpress.az