Yaponiya Çin texnologiyalarını ölkəyə buraxmamağa çalışırbackend

Yaponiya Çin texnologiyalarını ölkəyə buraxmamağa çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Rabitə Nazirliyi gələn ilin martında 5G şəbəkələr üçün tezliklərin ayrılmasını planlaşdırır.

Mütəxəssislərin bildirdiyinə görə, hökumət tərəfindən müəyyən edilən qaydalar şəkilində yayılan bu xəbərdarlıq yapon mobil operatorların öz yeni şəbəkələrində Çinə məxsus telekommunikasiya avadanlığından istifadə olunmasına qarşı yönəlib. Həmin qaydalarda şəbəkənin planlaşdırılması və avadanlığın alınması zamanı təhlükəsizlik və etibarlılıq əsas şərt kimi irəli sürülür. Bu qaydalar Çinin IT nəhəngləri olan \”Huawei\” və \”ZTE\” şirkətlərini yapon bazarına buraxmamaq məqsədi daşıyır.

Yaponiyada dörd şirkət – \”NTT Docomo\”, \”KDDI\”, \”SoftBank\” və \”Rakuten\” şirkətləri 5 G şəbəkəsinin operatoru olmağı planlaşdırır. Onlar avadanlığın alınması zamanı hökumətin təyin etdiyi yeni qaydalara əməl edəcəklərini bildiriblər.

Interpress.az