OPEK dağılacaq? – PROQNOZbackend

OPEK dağılacaq? – PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki,bunu Trend-ə energetika məsələləri üzrə analitik Mehdi Hüseyni deyib.

Onun sözlərinə görə, OPEK yalnız dünya səviyyəsində böyük üzvlərin təşkilatı tərk etməsi nəticəsində dağıla bilər: \”Bu isə mümkün deyil. Çünki OPEK-in üzvlərindən heç biri bu təşkilatdan zərbə görməyib. Bazarın neftə ehtiyacı var. Neftə tələb iqtisadiyyatın inkişafına görə artır\”.

Enegetika eksperti deyib ki, OPEK təşkil olunduğu gündən enerji bazarlarında iqtisadi böhranlar, neftin qiymətinin destabil olması, 1990-cı illərdən başlayaraq İran, İraq və Liviya əleyhinə sanksiyaların şahidi olub. Təşkilata üzv ölkələr bütün bu eniş-yoxuşlardan keçiblər. Bazarda OPEK-in payı hələ də böyük paydır.

Analitikin sözlərinə görə, ötən il enerji istehlakı maksimum səviyyədə idi: \”Neftə tələb ötən iki ildəki tələbdən 50% çox idi. İstehsalçıların fikrincə, ötən il \”qızıl dövr\” idi. Lakin hazırda bazarda qiymətlərdə eniş var. Səbəbi isə bazara siyasi və fiziki müdaxilələrdir. Hazırda ABŞ 13 milyon, Rusiya 11 milyon barel neft istehsal edir. Səudiyyə Ərəbistanı da öz istehsalını maksimuma çatdırıb. Bu ölkələrin təyin etdikləri siyasi məqsədlər uzunmüddətli deyil\”.

Interpress.az