Mingəçevirdə mənzildən 52 yaşlı kişinin meyiti tapılıbbackend

Mingəçevirdə mənzildən 52 yaşlı kişinin meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə şəhərin Aydın Məmmədov küçəsi 7, mənzil 50 ünvanında qeydə alınıb.

Belə ki, həmin mənzildə tək yaşayan 1966-cı il təvəllüdlü Elşən Zülfiqar oğlu Əhmədovdan üç gündür xəbər alına bilməyib, hətta telefonuna da zəng çatmayıb. Bundan sonra qonşular Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Onlar qapının kilidini sındıraraq mənzilə daxil olduqları zaman ev sahibini ölü vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.(report)

Interpress.az