Tanınmış iş adamı Prezidentə təşəkkür etdi: “İLHAM İSMAYILOV MİNGƏÇEVİR SAHİBKARLARININ DOSTUDUR”backend

Tanınmış iş adamı Prezidentə təşəkkür etdi: “İLHAM İSMAYILOV MİNGƏÇEVİR SAHİBKARLARININ DOSTUDUR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az 7NEWS.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev İlham İsmayılovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imalayıb. Sərəncamda deyilir: \”Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin\”.

Yeni icra başçısının təyinatı şəhər əhalisi, xüsusən də, sahibkarlar tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Mingəçevirdə yerləşən \”River Side\” otelinin, o cümlədən, \”5+\” supermarketlər şəbəkəsinin rəhbəri, tanınmış iş adamı Mais Yusibov bu təyinatın uğurlu gələcəyinə şübhə etmədiyini deyib: \”İlham İsmayılov uzun müddətdir ki, şəhər idarəçiliyində çalışır. O, olduqca savadlı, kübar, dövlətinə, millətinə bağlı peşəkar dövlət qulluqçusudur. Ən əsası isə İlham İsmayılov Mingəçevir şəhər sahibkarlarının yaxın dostu və dəstəkçisidir. Bu mənada hesab edirəm ki, bu təyinat şəhərimizin daha da çiçəklənməsinə, inkişaf etməsinə səbəb olacaqdır. Cənab Prezidentə uğurlu təyinatdan dolayı təşəkkür edirəm.\”

Tanınmış iş adamı Prezidentə təşəkkür etdi: "İLHAM İSMAYILOV MİNGƏÇEVİR SAHİBKARLARININ DOSTUDUR"

Interpress.az