Dubayda qadınları cinsi istismara məruz qoyana – Şərti cəzabackend

Dubayda qadınları cinsi istismara məruz qoyana – Şərti cəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib və şərti cəza verilib.

Qeyd edək ki, A.Əhmədova S.M-ı (ad, soyadı şərti) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb, cinsi istismara məruz qoyub.

Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib. A.Əhmədova \”İnterpol\” xətti ilə beynəlxalq axtarış verilib. Bu il isə o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

A.Əhmədovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Interpress.az