Makedoniyalı siyasətçi: Şəhid Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludurbackend

Makedoniyalı siyasətçi: Şəhid Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bu barədə “Ölkə.Az”a siyasətçinin dostu, diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.

Millət vəkili açıqlamasında Mübariz İbrahimovun dinc insanları öldürmədiyini xüsusi olaraq qeyd edib.
“Şübhə yoxdur ki, Mübariz İbrahimov dinc insanları öldürməyib. Azərbaycanın ərazi bütövlüyünü pozan, bununla da iyirmi faiz torpaqlarını işğal altında saxlayan, dinc əhaliyə güllü atan erməni separatçı qüvvələrin üzərinə gedib. Həmin qüvvələrdir ki, Qarabağda minlərlə azərbaycanlı qardaş və bacılarımızı, uşaqlarımızı öldürüblər. Onun getdiyi yerlər beynəlxalq hüquqda da Azərbaycanın torpaqlarıdır. Bir mənalı olaraq beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Türk dünyasının böyük qəhrəman oğlu Mübariz İbrahimovun Balkan türkləri arasında xüsusi yeri var. Türk dünyasının sevimli qəhrəman övladıdır. Üzərindən yüz illər keçsə belə, Türk dünyası onun qəhrəmanlığını,igidliyini unutmayacaq. Türk gəncliyi bu cür oğullarımızla qürur duyur”,-deyə Enes İbrahim bildirib.

Interpress.az