Moskvada Rusiya- Azərbaycan gənclər forumu başlayıb -FOTObackend

Moskvada Rusiya- Azərbaycan gənclər forumu başlayıb -FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin Gənclərlə İş üzrə Federal Agentliyin dəstəyi ilə Dağıstan Dövlət Universiteti tərəfindən təşkil olunan forumda Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyyəti, səfir Polad Bülbüloğlu, Gənclərlə İş üzrə Federal Agentliyin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Dmitri İvanov, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Olqa Timofeyeva, Qubkin adına Neft və Qaz Universitetinin rəhbərliyi, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı tələbələr, rusiyalı gənclər iştirak ediblər.

Çıxış edən Azad Rəhimov artıq ənənə halını alan, sayca 6-cı dəfə keçirilən bu tədbirin hər iki ölkənin gəncləri arasında sıx əlaqələrin qurulmasında, qarşılıqlı fikir, informasiya mübadiləsinin aparılmasında əvəzsiz rol oynadığını bildirib. Azərbaycanda gənclərə ayrılan diqqəti də vurğulayan nazir, bu sahədə dövlət siyasətini forum iştirakçılarının diqqətinə çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyad yaradılan AMOR Təşkilatını da qeyd edən nazir, iki ölkə gənclərinin müxtəlif toplantılarda bir araya gələrək, müxtəlif mövzular ətrafında dioloq qurub, fikir mübadiləsi aparmalarında böyük rol oynadığını qeyd edib.

Polad Bülbül oğlu isə Rusiya Azərbaycan münasibətlərinin hər sahədə inkişaf etdiyini bildirərək, gənclərə hər iki ölkədə xüsusi diqqət ayrıldığını və bu sahədə böyük lahiyələrin həyata keçirildiyini deyib. Rusiya Federasiyası Gənclərlə İş üzrə Federal Agentliyin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Dmitri İvanov, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Olqa Timofeyeva, Qubkin adına Neft və Qaz Universitetinin prorektorları Aleksandr Muradov isə çıxışlarında ölkələrinin müxtəlif universitetlərində təhsil alan çox sayda azərbaycanlı gənclərin olduğu və Rusiya Hökümətinin müxtəlif sahələrdə azərbaycanlı tələbələr üçün qrant ayırdığını, onları diqqətdə saxladığını bildiriblər. Nəzərə çatdırılıb ki, hər iki ölkə gənclərinin diplomatik, humanitar, sahibkarlıq və digər sahələrdə ünsiyyəti, fikir mübadiləsi aparmaları inkişafın əsasını təşkil edir.

Forumun davamı olaraq Azərbaycan nümayəndə heyəti 19 dekabr tarixində Dağıstanın paytaxtı Mahaçqalaya yola düşəcəklər. Səfər çərçivəsində mütəlif təqdimatların keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub. Altıncı Rusiya Azərbaycan gənclər forumuna gənclər təşkilatlarının nümayəndələri, gənc sahibkarlar, gənclərlə iş sahəsində çalışan müəssisə və təşkilatların üzvləri də daxil olublar. (report)

Moskvada Rusiya- Azərbaycan gənclər forumu başlayıb -FOTO

Moskvada Rusiya- Azərbaycan gənclər forumu başlayıb -FOTO

Moskvada Rusiya- Azərbaycan gənclər forumu başlayıb -FOTO

Interpress.az