Elə sizdən də iyrənirlər – Tolikdən Elçinə sərt sözlərbackend

Elə sizdən də iyrənirlər – Tolikdən Elçinə sərt sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın məlumatına görə, Tolik \”Hər şey daxil\” verilişində ad çəkmədən qarşı tərəfin ünvanına sərt sözlər deyib:

\”Bir aparıcı var, adını deməyəcəm. İllərin aparıcısıdır, əslində, onu tanıyıram. Onunla salam-sağolumuz var. Bu gün onun İnstaqramda bir açıqlamasını gördüm. Müğənnilərə deyir ki, \”O qədər toya gedib sırtıqlaşıblar ki …\”. O \”sırtıqlaşan\” müğənniləri siz efirinizə çağırıb çəkməyin. Onsuz 100 proqram arasından verilişiniz 99-cu yerdə olmur. Müğənnilərə \”sırtıqlar\” deyib, qohumlarınızın toyunda o müğənniləri çağırtdırıb oxutdurursunuz, sonra da onları bəyənmirsiniz və özünüzü onlardan yaxşı bilirsiniz. Amma yaddan çıxarmısınız ki, başqa bir ölkədə o müğənnilər içki içdiyi yerdə öz xalqı tərəfindən tənqid olunur.

İçki içib, ağlını itirənlərdən fərqli olaraq, müğənnilərimizi alçaltmayın. Çünki o müğənnilər sizin efirə gəlməsə…
Əslində, özünə hörmət edən müğənni ora çıxmaz. Mənim də səhvlərim olur, amma sizin qədər yox. Hələ Azərbaycanda sizin qədər qınağa çevrilməmişəm, camaat məni görəndə nələrsə demir. Müğənniləri \”sırtıq\” adlandırıb, onlardan iyrənirsinizsə, elə sizdən də iyrənən var\”.

Xatırladaq ki, aparıcı Elçin Əlibəylinin sosial şəbəkələrdə yayılan səs yazısı müzakirə olumaqdadır. Belə ki, o, şou-biznes nümayəndələrini təhqir edib:

\”Onların zərrə qədər hörməti yoxdur. Hörməti olan şou-biznes nümayəndəsi var. Onlar sənət adamlarıdır, onlara heç kim heç nə demir. Şou-biznesdə sırtılanları siz yaxşı bilirsiniz. Onları sırtıldan da bizik. Toyda özümüzü idarə edə bilmirik. Toyda vəhşiləşirik, quduzlaşırıq. Ona görə də konsert vermir ey, dombalaq aşsın mənə maraqlı deyil. Müğənniləri sırtıldan biz özümüzük. Sırtılıb… Bu sözü heç kim demədi. Toylarda o qədər üz görüblər. İçkili vəziyyətdə sifarişlər, kiminsə sponsorluğu naminə nə oyunlardan çıxıblar, sırtılıblar\”.

Interpress.az