“Qarabağ”a qayıdan Reynaldo: Evimə gəldiyim üçün xoşbəxtəmbackend

“Qarabağ”a qayıdan Reynaldo: Evimə gəldiyim üçün xoşbəxtəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın məlumatına görə, bunu 2 ildən sonra \”Qarabağ\”a qayıdan futbolçu Reynaldo klubun rəsmi saytına açıqlamasında deyib. Braziliyalı hücumçu Ağdam komandasının forması ilə yenidən meydana çıxacağı anı səbirsizliklə gözlədiyini bildirib: \”Yaxşı formada olmağım üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, \”Qarabağ\” ailəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və \”Qarabağ\”la yeni uğurlar qazanmağa gəlmişəm\”.

Bu, \”Qarabağ\” klubunun 2018-2019 mövsümünün ikinci yarısı üçün ilk transferi olub. 29 yaşlı forvardla 2,5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Reynaldo 2013 – 2016-cı illərdə də \”Qarabağ\”da forma geyinib. O, Ağdam klubunda 89 oyuna 47 qol vurub, 16 məhsuldar ötürmə edib. \”Sambaçı\” Azərbaycan komandasının heyətində ölkə çempionatı və kubokunun qalibi olub.

Interpress.az