Əli Həsənova qarşı yeni kampaniyanın PƏRDƏARXASIbackend

Əli Həsənova qarşı yeni kampaniyanın PƏRDƏARXASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əli Həsənova qarşı yeni kampaniyanın PƏRDƏARXASI

Azər Kazım
Əli Həsənovun bu açıqlamasından sonra onun ittiham etdiyi şəxslər və digər xaricdə məskunlaşmış şəbəkə üzvləri, xüsusilə Azər Kazımzadə, Əli Oğuz və Rəfael Piriyev Facebookda açıq kampaniyaya başlayıblar və ən sərt formada prezidentin köməkçisini ittiham edirlər.

Əli Həsənova qarşı yeni kampaniyanın PƏRDƏARXASI

Əli Oğuz

İlk baxışdan onların yazdıqları Əli Həsənovun fikirlərinə reaksiya kimi görünsə də, əldə etdiyimiz məlumat məsələnin arxasında daha ciddi məqamların durduğunu deməyə əsas yaradır.

Həqiqiliyi şübhə doğurmayan məlumata əsasən, bir müddət əvvəl hazırda Almaniyada məskunlaşmağa çalışan Əli Oğuz və Rəfael Piriyev yerli hakimiyyət orqanlarından imtina cavabı alıblar və onları digər ölkəyə, həmçinin geriyə – Azərbaycana deportasiya təhlükəsi gözləyir. Hazırda Gürcüstanda yaşayan Azər Kazımzadə isə Avropaya köçmək üçün ciddi cəhdlər göstərsə də, buna nail ola bilmir. Yeganə çıxış yolu isə Azərbaycana qayıdacaqları təqdirdə onları ciddi problemlər gözləyəcəyi görüntüsü yaratmaq və Almaniyanın miqrasiya orqanlarını buna inandırmaqdır. Elə bu məqamda müxalifətin Göyçaydakı fəallarından birinin Əli Həsənovun Vidadi İsgəndərlinin atasının qəbrinin təhqir edilməsində guya hansısa rol aldığı barədə Azər Kazımzadəyə ötürdüyü məlumat onlar üçün əlverişli şans yaradıb.

Bu şəxslər Əli Həsənova qarşı müxtəlif ittihamlar irəli sürərək cavab reaksiyasına nail oldular və növbəti mərhələdə ona qarşı sərt çıxışlar edərək özləri üçün ciddi təhlükə görüntüsü yaratmağa çalışırlar. Sonra isə belə iddialar ortaya atılacaq ki, guya Əli Həsənov onların Azərbaycandakı qohumlarına qarşı zorakılıq təşkil edib, qohumları incidilib və yaxud da guya öldürüləcəkləri ilə bağlı təhdid edilirlər. Bu məqsədlə Facebookun imkanlarından istifadə olunacaq və feyk profillərdən öz ünvanlarına hədə-qorxular təşkil olunacaq. Sonra isə həmin materiallar toplanacaq və Almaniyanın miqrasiya orqanlarına təqdim ediləcək.

Elə buna görə də Əli Həsənovun açıqlamasına münasibət bildirən Rəfael Piriyev Facebookda yazır ki, \”mənim adımı niyə salmamısan siyahıya, ay Əli Həsənov”. Görünür Əli Həsənovun onun adını çəkməməsi Piriyevin oturum almaq ümidlərini bir az qəlizləşdirib.

Əli Həsənova qarşı yeni kampaniyanın PƏRDƏARXASI

Əli Həsənova qarşı yeni kampaniyanın PƏRDƏARXASI

Rafael Piriyev

Qeyd edək ki, bu metod dəfələrlə sınaqdan çıxarılıb və hazırda Avropa ölkələrində Azərbaycan hakimiyyətinə qarşı müxalifətçilik edənlərin bir çoxu bu üsuldan yararlanıblar. Hazırda Azər Kazımzadə, Əli Oğuz və Rəfael Piriyev də ciddi cəhdlə bu vasitədən istifadə etməyə çalışırlar. Görünür təkcə Almainyanın deyil, ümumilikdə Avropa ölkələrinin lazımi orqanları hər hansı qərar verməmişdən əvvəl bu tipli məlumatları ciddi yoxlamalı və araşdırma aparmalıdırlar. Çünki xaricdə göbələk kimi artan azərbaycanlı miqrantların böyük əksəriyyəti belə yollardan istifadə edərək həm də Azərbaycanın imicinə ciddi zərbə vururlar. (Sfera)

Interpress.az