Baş nazir işçilərə “Huawei” telefonlardan istifadəni qadağan etdibackend

Baş nazir işçilərə “Huawei” telefonlardan istifadəni qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın məlumatına görə, buna səbəb Çexiyanın Kibernetik Təhlükəsizlik üzrə Milli İdarəsinin rəhbəri Duşan Navratilin Çinin \”Huawei\” və ZTE firmalarının məhsullarının ölkə üçün təhdid yaratması ilə bağlı bəyanatı olub.

D.Navratil bildirmişdi ki, rəhbərlik etdiyi qurum bu firmaların məhsullarının respublikanın təhlükəsizliyinə təhdid törətdiyini hesab edir.

Onun sözlərinə görə, Çin qanunları ölkədə çalışan özəl şirkətlərdən kəşfiyyat fəaliyyətində əməkdaşlıq etməyi tələb edir.

Bundan başqa, İdarənin hesabatında qeyd olunur ki, ölkədə Çin xüsusi xidmət orqanlarının fəaliyyəti, xüsusən də sənaye casusluğu sahəsində aktivləşib.

Interpress.az