AĞ EVDƏN FƏTULLAH GÜLƏNLƏ BAĞLI AÇIQLAMAbackend

AĞ EVDƏN FƏTULLAH GÜLƏNLƏ BAĞLI AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sandersə verilən “ABŞ prezidenti Fətullah Gülənın deportasiya edilməsi haqqında Türkiyəyə bir işarə verdimi” sualına o, “Prezidentin dediyi tək şey bu mövzuya baxacağımızdır. Müddət haqqında isə hər hansı öhdəlik yoxdur” cavabını verib.

Sanders ABŞ prezidenti Donald Trampın keçmiş Beynəlxalq Təhlükəsizliyi üzrə məsləhətçisi Maykl Flinin Federal İstintaq Bürosu (FBİ) tərəfindən “tələyə salındığını” iddia edib.

O, Rusiya istintaqı zamanı günahını qəbul edərək prokurorluqla iş birliyi edən Flin haqqında açıqlamalar verib: “Bildiyimiz şey çox da uyğun olmayan bir yolun izlənmiş olduğudur” ifadəsini işlədən Sanders “FBİ standart protokoldan kənara çıxdı və general Flini tələyə saldı” deyib.

“FBİ-nin standart protokollardan kənara çıxmasının tək səbəbi var. Tramp hakimiyyətinə istədiklərini edəcəklərini və bunun üstünün asanlıqla örtüləcəyini düşündülər”, – deyə Sanders bildirib.

Interpress.az