Qırğız Respublikası KTMT baş katibi vəzifəsinə Belarusdan olan namizədi dəstəkləyibbackend

Qırğız Respublikası KTMT baş katibi vəzifəsinə Belarusdan olan namizədi dəstəkləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə mətbuat konfransı zamanı Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov bildirib.

“Bu il KTMT-də sədrlik Qırğız Respublikasına keçib və mən Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul etdim, söhbət etdik, mən də qərarı imzaladım”, – deyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, bundan əvvəl S.Zasın namizədliyi Qazaxıstan və Tacikistan prezidentləri tərəfindən də dəstəklənmişdi.

Qeyd edək ki, noyabrın 8-də KTMT-nin Astana sammitində təşkilatın baş katibi vəzifəsinə Ermənistandan sonra Belarus təmsilçisinin gətiriləcəyi qərarlaşdırılmışdı.(report)

Interpress.Az