Fransada polislərə 300 avro mükafat veriləcəkbackend

Fransada polislərə 300 avro mükafat veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sarı jiletlilər”in etiraz dalğasının cənginə aldığı Fransanın qabaqcıl polis həmkarlar ittifaqlarından biri sayılan “Alliance” polis bölmələrinin bağlanması üçün çağırış edib.

Çağırışdan ehtiyat edən Fransa hökuməti 111 min polisin hər birinə 300 avro həcmində mükafat sözü verib.

Məlumata görə, “Alliance” verdiyi açıqlamada çərşənbə gününü “Qara gün” elan edib. Polislərdən vəzifə başında olmaları, ancaq yalnız təcili çağırışlara cavab vermələri istənilib.

Xatırladaq ki, ölkənin ən köklü polis həmkarlar ittifaqlarından “Vigi” də “sarı jiletlilər”i dəstəkləmək məqsədilə tətilə gedəcəyini açıqlamışdı.(axar.az)

Interpress.Az