ASK-nın Rəyasət Heyətinin 3 üzvü qurumun vitse-prezidenti seçilibbackend

ASK-nın Rəyasət Heyətinin 3 üzvü qurumun vitse-prezidenti seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bununla bağlı qərar Konfederasiyanın bu gün keçirilən V Qurultayında qəbul edilib.

Bunlar “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Prezidenti Zakir Nuriyev, “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva və Naxçıvan MR Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasovdur.

Bununla da, ASK-nın vitse-prezidentlərinin sayı 5-ə çatıb. Digər 2 vitse-prezident əvvəlki kimi “Müller İnteryer” və “CTS-Aqro” MMC-lərin baş direktorları Vüqar Zeynalov və Zakir Əzimovdur.

ASK-nın prezidenti isə yaxın 4 il ərzində yenə də Məmməd Musayev olacaq. Bununla bağlı qərar da bu gün keçirilən qurultayda səsvermə yolu ilə qəbul edilib.

Interpress.Az