Rusiyanın daha 2 şirkəti Azərbaycana uçuşlar həyata keçirəcəkbackend

Rusiyanın daha 2 şirkəti Azərbaycana uçuşlar həyata keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“UVT-AERO” aviaşirkəti həftədə 2 dəfə olmaqla Kazan-Gəncə və həftədə 1 dəfə olmaqla Moskva-Naxçıvan istiqamətində uçuşlar həyata keçirəcək.

Bundan başqa, məlumatda deyilir ki, “Nordavia” aviaşirkəti isə Moskva-Naxçıvan istiqamətində uçuçların həyata keçirilməsi üçün razılıq əldə edib. Uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək.

Qeyd edək ki, “UVT-AERO” aviaşirkəti 2015-ci ildə bağlanmış “Ak Bars Aero” şirkətinin bazasında yaradılıb. Şirkət Tatarıstanın şəhərlərindən müntəzəm aviareyslər həyata keçirir. Şirkətin Kazan, Buqulma və Bekişevo şəhərlərində hava limanları mövcuddur.

“Nordavia” şirkəti isə Rusiyanın Şimal-Qərb Federal Dairəsindən Rusiya üzrə sərnişinlərin daşıması ilə məşğuldur. Şirkətin mərkəzi ofisləri “Domodedovo” və “Arxangelsk” aeroportlarında yerləşir. Daşıyıcının parkında “Boeing-737-500” sərnişin laynerləri mövcuddur. (report)

Interpress.Az