Rusiya Dövlət Neft və Qaz Universitetində Azad Mirzəcanzadə adına auditoriya yaradılacaqbackend

Rusiya Dövlət Neft və Qaz Universitetində Azad Mirzəcanzadə adına auditoriya yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransı Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru Viktor Martınov açaraq Bakını dünyanın neft hasilatı mərkəzlərindən biri adlandırıb. Bakıda neft istehsalının tarixindən bəhs edən rektor, bu sahədə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından danışıb: “Xalqlarımız arasında dostluq münasibətlərinin zaman həddi yoxdur və biz ümid edirik ki, bu əlaqələr bundan sonra da möhkəmlənəcək”.

Ali məktəbin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə sıx əməkdaşlığından söhbət açan rektor bildirib ki, rəhbərlik etdiyi universitetdə ADNSU-nun məzunu olan bir çox alim fəaliyyət göstərir.

V.Martınov akademik A.Mirzəcanzadənin elmi irsinin neft-qaz sahəsində gənc kadrların yetişdirilməsindəki əhəmiyyətindən danışıb, Rusiya Dövlət Neft və Qaz Universitetində məşhur alimin adını daşıyacaq auditoriyanın yaradılacağını deyib: “2019-cu ildə universitetimizdə neftçi-alim A.Mirzəcanzadənin adını daşıyacaq auditoriyanın yaradılmasını planlaşdırırıq. Düşünürəm ki, bu, gənc mütəxəssislərin neft və qaz elminin baniləri haqqında daha geniş biliklərə malik olmasına kömək edəcək”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Böyük Vətən Müharibəsi illərində məhz Bakı neftinin cəbhəni yanacaqla təmin etdiyini vurğulayıb: “Bütün hərbi sərkərdələr, o cümlədən Georgi Jukov hər zaman xatırladıblar ki, Bakı nefti olmasa idi, müharibənin nə ilə bitəcəyi məlum deyildi”.

Neft tariximizin görkəmli şəxsiyyətlərinin bizə qarşılıqlı fəaliyyətin, əməkdaşlığın nümunəsi olan bir platforma miras qoyduqlarını deyən səfirin sözlərinə görə, incəsənət adamları kimi, neftçilər də siyasi şəraitdən asılı olmayaraq, əməkdaşlıq əlaqələrini hər zaman qoruyub saxlayırlar.

“Bu tribunadan dünya neft sənayesinə böyük töhfələr vermiş insanları xatırlamaq istərdim. Görkəmli alim A.Mirzəcanzadə bu qəbildən olan şəxsiyyətlərdəndir. O, özündən sonra böyük elmi irs qoyub. Onun yetişdirdiyi mütəxəssislər hazırda neft-qaz sənayesində aparıcı mövqeləri tuturlar”, – deyə diplomat vurğulayıb.

P.Bülbüloğlu qeyd edib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev A.Mirzəcanzadə ilə şəxsən tanış idi və onun fəaliyyətini daim dəstəkləyirdi. Səfir deyib: “Biz, əlbəttə ki, Rusiya Dövlət Neft və Qaz Universitetinin auditoriyalarından birinə görkəmli alimin adının verilməsi ideyasını məmnuniyyətlə dəstəkləyirik. Düşünürəm ki, biz də öz tərəfimizdən A.Mirzəcanzadə adına təqaüd təsis edilməsi təşəbbüsünü irəli sürəcəyik”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiki professor Fazil Qurbanov Azərbaycanda 1878-ci ildə Balaxanı və “Qara şəhər” neftayırma zavodları arasında çəkilmiş ilk boru kəmərinin tarixindən danışıb. Akademik A.Mirzəcanzadənin elmi fəaliyyətini yüksək qiymətləndirən F.Qurbanov bildirib ki, həm elmi yaradıcılıq, həm də pedaqoji fəaliyyətlə məşğul olmuş alimin yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olub: “O, 400-ə yaxın elmi əsərin, 50-dən çox ixtira və patentin müəllifi olub. Neft və qazın çıxarılması proseslərinin optimallaşdırılması, dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması, tətbiq edilməsi və s. alimin başlıca elmi nailiyyətləri sırasındadır”.

Sonra Rusiyanın bir sıra elmi və ictimai təşkilatlarının nümayəndələrinin çıxışları dinlənilib. Konfrans işini sessiyalarda davam etdirib.

Rusiya Dövlət Neft və Qaz Universitetində Azad Mirzəcanzadə adına auditoriya yaradılacaq

Rusiya Dövlət Neft və Qaz Universitetində Azad Mirzəcanzadə adına auditoriya yaradılacaq

Rusiya Dövlət Neft və Qaz Universitetində Azad Mirzəcanzadə adına auditoriya yaradılacaq

Rusiya Dövlət Neft və Qaz Universitetində Azad Mirzəcanzadə adına auditoriya yaradılacaq

Rusiya Dövlət Neft və Qaz Universitetində Azad Mirzəcanzadə adına auditoriya yaradılacaq

Interpress.Az