ABŞ Rusiya kəşfiyyatçılarına sanksiya tətbiq edibbackend

ABŞ Rusiya kəşfiyyatçılarına sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumatı ABŞ-ın Maliyyə Nazirliyi yayıb.

Nazirliyin tərtib etdiyi siyahıya S.Skripal və onun qızını zəhərləməkdə əsas şübhəlilər sayılan Ruslan Boşirov və Aleksandr Petrov da daxil edilib.

Petrovun əsl adı Aleksandr Mişkin, Boşirovunki isə Anatoli Çepiqadır. Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olan A.Mişkin və A.Çepiqan S.Skripal və onun qızının zəhərlənməsində iştirak etmədiklərini deyiblər.

Xatırladaq ki, cari il martın 4-də Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya zəhərlənib.

Bu hadisə Rusiya ilə Britaniya arasındakı diplomatik münasibətlərdə gərginlik yaradıb.(report)

Interpress.Az