Ən problemsiz avtomobil markaları və modelləri müəyyən olunubbackend

Ən problemsiz avtomobil markaları və modelləri müəyyən olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın araşdırma şirkəti \”CarMD\” tərəfindən aparılan araşdırmaya görə,Toyota \”ən problemsiz\” marka olaraq müəyyənləşdirilib.

Interpress.Az xəbər verir ki, ABŞ-ın \”CarMD\” şirkəti tərəfindən aparılan tədqiqatda Toyota modellərində xarabolma tezliyinin ən aşağı olduğu müəyyən edilib. Toyota, dünyanın \”ən etibarlı\” avtomobil markası siyahısında birinci yeri tutub.

Məlumata görə, son 22 il ərzində istehsal edilən 5,6 milyon avtomobilin göstəriciləri təhlil edilib. Araşdırma nəticəsində bütün avtomobillər arasında Toyota modellərinin mühərriklərində qüsur tezliyinin ən az olduğu ortaya çıxıb. Bu markanın \”insana hörmət\” fəlsəfəsinə verdiyi önəmi ortaya qoyur.

Ən etibarlı 10 marka

1. Toyota
2. Acura
3. Hyundai
4. Honda
5. Mitsubishi
6. Subaru
7. Buick
8. Mercedes
9. Lexus
10. Nissan

Ən aşağı təmir xərci tələb edən 10 marka

1. Mazda (286 dollar)
2. Kia (320 dollar)
3. Dodge (326 dollar)
4. Hyundai (328 dollar)
5. Chrysler (329 dollar)
6. Jeep (339 dollar)
7. Chevrolet (341 dollar)
8. Volkswagen (358 dollar)
9. Honda (427 dollar)
10. Toyota (462 dollar)

Ən etibarlı 10 avtomobil

1. 2016 Audi Q5
2. 2017 Honda Civic
3. 2017 Subaru Crosstrek
4. 2017 Honda CR-V
5. 2017 Honda HR-V
6. 2017 GMC Acadia
7. 2015 Subaru Forester
8. 2016 Honda CR-V
9. 2016 Honda Civic
10. 2016 Volvo XC-90

Interpress.Az