Parisdə Azərbaycan operasının 110 illiyi qeyd olunubbackend

Parisdə Azərbaycan operasının 110 illiyi qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, Parisin 1-ci rayon merinin müavini Karla Ariqoni, fransalı jurnalistlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Interpress.Az Komitənin rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qonaqlara müsəlman şərqində ilk opera olan Azərbaycan operasının yaranması tarixi, 100 il bundan əvvəl müsəlman şərqində ilk parlament olan Azərbaycan Demokratik Cumhuriyyəti tərəfindən əsası qoyulmuş parlament və bu parlament tərəfindən Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsi haqqında ətraflı məlumat verərək belə bir mühim tarixin qeyd ediməsini alqışladığını bildirib.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel assosiyasiyanın həyata keçirdiyi layihələr və bu layihər sayəsində Azərbaycan mədəniyyətinin Fransada təbliğindəki rolundan söz acdı. O, müsəlman şərqində ilk operanın beşiyi olan Azərbaycanın bu gün də regionda həm inkişaf baxımından, həm də proqressiv ideyalar ilə öz qabaqcıllığını saxladığını vurğulayıb.
Konsertdə Səidə Zülfüqarovanın (piano), Regina Rustamovanın (mezza-soprano), Timur Abdikiyev (bas), İrina Kopilova (soprano) ifasında Azərbaycanın opera musiqiləri böyük maraqla qarşılanıb. Konsert zamanı unudulmaz bəstəkarlarımız Üzeyir Hacıbəyovun Arşın Man Alan filmindən Gülçöhrənin ariyası, Niyazinin Arzu melodiyası, Fikrət Əmirovun Sevil Operasından Sevilin Ariyası və digər musiqilərimiz səsləndirilib.

Parisdə Azərbaycan operasının 110 illiyi qeyd olunub

Parisdə Azərbaycan operasının 110 illiyi qeyd olunub

Parisdə Azərbaycan operasının 110 illiyi qeyd olunub

Parisdə Azərbaycan operasının 110 illiyi qeyd olunub

Parisdə Azərbaycan operasının 110 illiyi qeyd olunub

Interpress.Az