Dünya çempionumuz Azərbaycan çempionatında medalsız qaldıbackend

Dünya çempionumuz Azərbaycan çempionatında medalsız qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, aparıcı milli üzvlərindən Eldəniz Əzizli (-55 kq), Rəsul Çunayev (-72 kq) və Sabah Şəriətinin (-130 kq) iştirak etmədiyi Azərbaycan çempionatında bu qaliblər müəyyənləşib.

55 kq. Ziya Zeynalov (“Neftçi”)

60 kq. Murad Bazarov (MOİK)

63 kq. Taleh Məmmədov (“Gömrükçü”)

67 kq. Elman Muxtarov (“Gömrükçü”)

72 kq. Azad Əliyev (“Gömrükçü”)

77 kq. Rüstəm Əliyev (DİN)

82 kq. Elvin Mürsəliyev (“Neftçi”)

87 kq. Rafiq Hüseynov (MOİK)

97 kq. Arif Niftullayev (“Neftçi”)

130 kq. Oyan Nəzəriani (“Atasport”)

Qeyd edək ki, əvvəl millilərimizdə çıxış etmiş idmançılardan Murad Məmmədov (-63 kq), İslambəy Dadov (-72 kq), İslam Abbasov (-87 kq) gümüş və Orxan Nuriyev (-97 kq) bürünc medal qazanıb.

Dünya və Avropa çempionu, Avropa Oyunlarının bürünc mükafatçısı Həsən Əliyev (-77 kq) medalsız qalıb. O, zədələndiyi üçün bürünc medal görüşünə çıxmayıb.

Interpress.Az