“Bakıdakı yarmarkada alverçilər yox, təlim keçmiş, mədəni fermerlər olacaq” – Leyla Məmmədovabackend

“Bakıdakı yarmarkada alverçilər yox, təlim keçmiş, mədəni fermerlər olacaq” – Leyla Məmmədova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki,bu barədə Femida.az-a açıqlamasında Dövlət Aqrar Şirkətinin rəhbəri Leyla Məmmədova məlumat verib.

\”İlk müraciət edən 110 nəfərin məhsulu bölgələrdə əməkdaşlarımız tərəfindən araşdırıldı. Tələblərə cavab verməyən fermerlər siyahıdan çıxarıldı və onların yerinə tələblərə cavab verən növbəti muraciətçilər daxil edildi. Biz yarmarkaya alverçiləri buraxmayacağiq. Burada yalnız fermerlər, kiçik və orta sahibkarlar olacaq. Onlara yaşıl rəngdə xüsusi geyim veriləcək. Yarmarkada tam səliqəli, təmiz və müasir şərait təmin olunacaq\”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin yarmarkaları yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi yarmarkalardan fərqlənir. Nazirlikdən bildirilib ki, icra hakimiyyətlərinin yarmarkalarındakı nöqsanlara görə, nazirlik məsuliyyət daşımır.

Interpress.Az