Fərasət Qurbanov vətəndaşların layihələrin qiymətləndirməsi prosesində iştirakı ilə bağlı məsələyə aydınlıq gətirdibackend

Fərasət Qurbanov vətəndaşların layihələrin qiymətləndirməsi prosesində iştirakı ilə bağlı məsələyə aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Şuranın tətbiq edəcəyi yeniliklərə göstərdiyiniz marağa və verdiyiniz dəstəyə görə hər birinizə təşəkkür edirəm. Şərhlərdə və müraciətlərdə qiymətləndirmə prosesi zamanı bəzi texniki və prosedur xarakterli suallar verilir. Xüsusilə, vətəndaşların səs vermədə iştirakı üçün qeydiyyatın necə aparılacağı, vətəndaşın həqiqətən özünün səs verməsi üçün hansı tədbirlərin görüləcəyi və ya mexanizmlərin tətbiq ediləcəyi soruşulur. Bütün bunları nəzərə alaraq, aşağıdakıları diqqətinizə çatdırmaq istərdim.

1) QHT-lərin müsabiqəyə təqdim etdiyi layihə təkliflərini vətəndaşların qiymətləndirməsi üçün Azərbaycan Respublikasının 16 yaşı tamam olmuş vətəndaşı e-qht.az saytında \”Vətəndaşların layihələri qiymətləndirməsi” bölməsində qeydiyyatdan keçməlidir. Bunun üçün aşağıdakı məlumatları ardıcıllıqla daxil ediməlidir:

\”soyad, ad və ata adı”;
\”e-poçt”;
\”mobil telefon nömrəsi”
\”özünün müəyyən etdiyi şifrə” (minimum 6 simvol);
\”təkrar şifrə”
\”şəxsiyyət vəsiqəsinin FİNkodu”;
\”doğum tarixi”
\”cins”;
\”şəhər (rayon)”.

Qeyd: Vətəndaşın qeydiyyat üçün daxil etdiyi etdiyi məlumatlar (soyad, ad və ata adı istisna olmaqla) ictimaiyyət üçün qapalıdır.

2) Bu proses başa çatdıqdan sonra vətəndaşın qeydə alınmış mobil telefon nömrəsinə qeydiyyatını təsdiq etmək üçün SMS vasitəsilə kod göndərilir.

3) Vətəndaş ona göndərilmiş kodu sistemə daxil etməklə qeydiyyatını təsdiq edir.

4) Vətəndaş ona göndərilmiş kod vasitəsilə sistemə daxil olur və Qeydiyyatı təsdiq olunduqdan sonra vətəndaş Şuranın müsabiqə mövzularının istənilən birinə (və ya bir neçəsinə) daxil olaraq müvafiq mövzular üzrə QHT-nin (və ya QHT-lərin) təqdim etdiyi layihə təklifinin aşağıdakı meyarları ilə tanış olur və bu meyarlar əsasında məqbul hesab etdiyi layihə təklifinə səs verməklə bu barədə əsaslandırılmış rəyini qeyd edir:

layihənin adı;
müddəti;
məbləği;
layihənin ideyası və qısa məzmunu;
məqsədi və vəzifələri;
layihədə görüləcək işlər;
gözlənilən nəticələr.

5) Əsaslandırılmayan, həmçinin layihənin mahiyyətinə uyğun olmayan rəy və onun əsasında verilən səs qeydiyyata alınmır. Bundan başqa, süni üstünlük (bir neçə şəxsin bir layihəyə eyni məzmunlu rəy verməsi, yaxud bir şəxsin birdən artıq layihəyə eyni məzmunlu rəy verməsi) əldə etmək məqsədilə maraqlı tərəflərin təsiri nəticəsində hər hansı layihəyəyə rəyin verilməsi halları aşkarlandıqda, verilmiş rəy nəzərə alınmır.

6) Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən dövlət atributlarına, milli və mənəvi dəyərlərə qarşı yönələn hər hansı çağırışı və fikri özündə ehtiva edən, QHT və QHT nümayəndələrininqanunvericiliklə qorunan işgüzar nüfuzuna xələl gətirən, etikadan kənar ifadələr olan rəy qadağandırvə bu halda vətəndaşın layihə təkliflərinin qiymətləndirilməsi ilə bağlı qeydiyyatı ləğv olunur.

7) Vətəndaş hər bir layihə təklifinə 1 səs verə bilər və bir layihə təklifi üzrə toplanmış 3 səs 1 bal kimi qiymətləndirilir. QHT-nin 20 və daha artıq bal toplamış layihə təklifi maliyyələşməsi üçün Şuraya tövsiyə edilmiş hesab olunur.\”

Interpress.Az