Putin Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair qərarını şərh edibbackend

Putin Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair qərarını şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada illik mətbuat konfransında ABŞ dövlət başçısı Donald Trampın Birləşmiş Ştatlar qoşunlarının Suriyadan çıxarılmasına dair verdiyi sərəncamı şərh edərkən deyib.

\”Bu və buna oxşar digər qruplaşmaların qonşu bölgələrə, Əfqanıstana və başqa ölkələrə, yəni yaraqlıların gəldikləri ölkələrə yayılma təhlükəsi var. Bu, hamımız, o cümlədən Rusiya, ABŞ, Avropa, Asiya və Orta Asiya ölkələri üçün böyük təhlükədir\”, – deyə V.Putin bildirib.

ABŞ qoşunlarının çıxarılmasından danışan Rusiya Prezidenti ABŞ-ın 17 ildir Əfqanıstanda mövcud olduğunu və demək olar ki, hər il qoşunlarını geri çəkəcəklərini bəyan etdiklərini vurğulayıb: \”Hələ ki ABŞ qoşunlarının çıxarılmasının əlamətlərini görmürük, amma bunun mümkünlüyünə ehtimal verirəm. Özü də Suriyada siyasi həll yolunda irəlilədiyimiz zamanda\”.

Onun sözlərinə görə, ABŞ qoşunlarının Suriyada olması qanunsuzdur: \”Gəlin unutmayaq ki, bu qoşunların oradakı iştirakı qeyri-qanunidir, BMT Təhlükəsizlik Şurasının qərarı ilə təsdiq olunmayıb. Qanunla isə ya BMT Təhlükəsizlik Şurasının qərarı ilə hərbi kontingent yaradıla bilər, ya da qanuni Suriya hökumətinin dəvəti ilə qoşunlar orda qala bilər. Biz Suriya hökumətinin dəvəti ilə ordayıq\”.

Rusiya Prezidenti ABŞ-ın qoşunlarını Suriyadan geri çəkmək qərarını alqışlayıb: \”Bu doğru qərardır\”.

Interpress.Az