Deputatlardan sosial şəbəkələrlə bağlı SƏRT TƏNQİD – VİDEObackend

Deputatlardan sosial şəbəkələrlə bağlı SƏRT TƏNQİD – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Tahir Kərimli sosial şəbəkələrdə deputatların fikirlərinin konteksdən çıxarılmasından şikayətlənib.
“Konteksdən çıxarırlar, sonra da ağızlarından gələni deyirlər. İstənilən səviyyədə dövlət adamlarını təhqir edirlər. Abırsız-həyasız vəziyyətə salırlar.

Biz hamımız ailə tərbiyyəsi görmüşük, böyümüşük. Heç o sözləri eşitməmişik, görməmişik. Valideynlərimiz bizi küçəyə buraxmayıb ki, o sözləri eşidək. İndi gözlərimiz görür qulaqlarımız eşidir. Təhqir edirlər, biabır edirlər”, – Tahir Kərimli bildirib.

Millət vəkili Fəzail Ağamalı da sosial şəbəkələrdə Azərbaycana qarşı səslənən böhtanlarla bağlı sərt fikirlər səsləndirib:

“Sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan dolu fikirlər ifadə olunmaqdadır. Bu həm Avropada yerləşən antiazərbaycan qüvvələri tərəfindən həyata keçirilir”, – deyə Fəzail Ağamalı bildirib.

Interpress.Az