Interpress.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə konsertin təşkilatçısı Berin Iglesias Art. Şirkətinin Mətbuat xidmətindən bildirilib.
\”Opera ulduzlarını toplamaq qeyri-mümkün görünürdü, çünki onların hər birinin cədvəli artıq qarşıdakı illər üçün qurulub. Onlar hazırda ən çox tələbat görən opera artistləridir\”, – məlumatda qeyd olunub.
Pərəstişkarları qeyd edirlər ki, Rusiyanın xalq artisti Anna Netrebkonun həyat yoldaşı Yusif Eyvazovla birgə konsertləri xüsusi enerjisi ilə fərqlənir.
Konsert simfonik orkestr və xorla müşayiət ediləcək.
Interpress.Az