Nazirlik: “Aqrolizinq” fəaliyyətini davam etdirəcəkbackend

Nazirlik: “Aqrolizinq” fəaliyyətini davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bunu nazir müavini İlhamə Qədimova Prezident İlham Əliyevin ötən gün imzaladığı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” fərmanını şərh edərkən bildirib.

O, həmçinin deyib ki, “Aqrolizinq”ə məxsus aqroservislər investisiya müsabiqəsi keçirməklə özəlləşdiriləcək. Bu prosesi isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirəcək.

Bundan başqa, İ.Qədimovanın sözlərinə görə, nazirlik fərmana uyğun olaraq kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı təkliflərini 2 ay ərzində hazırlayaraq dövlət başçısına təqdim edəcək.

Interpress.Az