Avstraliyada son 30 ilin ən böyük yanğınıbackend

Avstraliyada son 30 ilin ən böyük yanğını

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın Cənubi Avstraliva və viktoriya ştatlarında meydana gələn yanğınlarda minlərlə hektar meşə kül olub. 300-dən artıq yanğın nöqtəsi artıq 2 sutkadı söndürülməyə çalışılır.

Sampson bölgəsində əhalidən evakuasiya olunmaları barədə xəbərdarlıqlar edilib.

Avstraliyanın yanğın Xidmətinin (CFS) sözcüsü Rob Sandford bildirib ki, sbu yanğın 1983-cü ildə baş verən və \”Ash Wednesday\” (Kül şərşənbə) adıyla bilinən yanğından sonra ən böyüyü sayılır.

Hazırda yay fəsli yaşanan Avstraliyanın Viktoriya ştatında havanın tempraturu 40 dərəcədən yuxarıdır.

Yanğın bölgəsində 320 yanğınsöndürən işləyir.

Qeyd olunur ki, 1983-cü ilin fevralın 16-da baş verən meşə yanğınlarında 75 nəfər ölmüş, 2676 nəfər isə yaralanmışdı. Minlərlə ev yanıb külə dönmüşdü.

İnterpress.az