Çin lideri Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik edibbackend

Çin lideri Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az -ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir, “Bir kəmər – bir yol”un birgə inşası çərçivəsində əməkdaşlıq müvəffəqiyyətlə davam edir.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.

Sizə möhkəm cansağlığı arzulayıram”.

Interpress.Az