Bakıda qətlə yetirilən iş adamı keçmiş MTN-çi imiş – YENİLƏNİBbackend

Bakıda qətlə yetirilən iş adamı keçmiş MTN-çi imiş – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Milli Təhlüksizlik Nazirliyinin sabiq əməkdaşı Xətai rayonunda odlu silahla qətlə yetirilib.

Interpress.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.
Rayon prokurorluğunun məlumatına görə isə öldürülən şəxs 45 yaşlı Vahabov Fariz Mirzahid oğludur. Cinayət dekabrın 20-də Vahabovun yaşadığı evin həyətində baş verib. O, saat 19:26-da evə qayıdıb maşınını parklamaq istəyərkən naməlum şəxs ona bir neçə dəfə atəş açıb. Güllələrin ikisi Vahabova dəyib, biri sifətindən, digəri isə sinəsindən. O, hadisə yerindəcə keçinib.

Qatil hadisə yerindən qaçıb gizlənib və hələlik saxlanılmayıb. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir. Hələlik killerin hansı silahdan atəş açdığı məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açanın şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar.

İlkin məlumata görə, Vahabov əvvəllər MTN-in əməkdaşı olub. Lakin səhhətində yaranmış problemlə əlaqədar olaraq oradan çıxıb. Sonra Vahabov bizneslə məşğul olub. İstintaqın bu günə olan daha inandırıcı versiyasına görə, qətlin törədilməsində biznes maraqların toqquşmasının rolu ola bilər.

Qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.

Interpress.Az
*** *** ***

Interpress.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus \”Hyundai\” markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.

Naməlum şəxslər F.Vahabovu əvvəlcə odlu silahla güllələyib, daha sonra isə bıçaqla qətlə yetiriblər.

Hüquq-mühafizə orqanları əməkdaşları F.Vahabovun qətlə yetirilmiş meyitini avtomobildə aşkarlayıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda qətli törədən şəxs və şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Interpress.Az