Interpress.Az xəbər verir ki,bu barədə “Qafqazinfo”ya sakinlər müraciət edib. Onların bildirdiyinə görə, 1 ay əvvəl yeni kanalizasiya sistemi qurulsa da, hazırda bunun heç bir faydası yoxdur və yolları su basıb.
“Qafqazinfo” məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. O bildirib ki, təmsil etdiyi qurum tərəfindən Xırdalanda layihə icra edilir:
“Bu layihə 2019-cu ilin yayında başa çatacaq. Hazırda 26 saylı kanalizasiya nasos stansiyasında bütün aqreqatlar pik rejimində işləyir”
Interpress.Az