Polis əməkdaşları qaçırılmış avtomobili sahibinə qaytardıbackend

Polis əməkdaşları qaçırılmış avtomobili sahibinə qaytardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az DİN Mətbuat Xidmətinə istinadən məlumatına görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə avtomobilin qəsəbə ərazisində hərəkətdə olduğu müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi həmin gün DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənin qəsəbə sakini Kazım Quliyev olduğu, digər şəxslə birgə dekabrın 18-də Lökbatan qəsəbəsi ərazisində Şamaxı rayon sakini Z.Zərbalıyevin “VAZ-2103” markalı avtomobilini qaçırmaları da müəyyən edilib.
Davam etdirilən tədbirlərlə həmin nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən Xocəsən qəsəbəsi ərazisində tapılaraq sahibinə qaytarılıb.
Binəqədi RPİ tərəfindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən digər şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Interpress.Az